20 Aprel 2025
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

27 İyun 2023 17:21 | Baxış sayı: 520

ABŞ Ukraynaya daha 500 milyon dollarlıq hərbi yardım paketi ayırıb.

Bu barədə Pentaqonun yazılı açıqlamasında bildirilir.

Məlumata görə, yardıma “Patriot” hava hücumundan müdafiə sistemləri və “Stinger” insan daşına bilən hava hücumundan müdafiə sistemləri üçün mərmilər daxildir.

Kiyevə, həmçinin “Javelin” tank əleyhinə raket kompleksləri, “Bradley” piyada döyüş maşınları və “Stryker” zirehli maşınları göndəriləcək.