18 May 2025
ABŞ-ın yeni sanksiyaları Rusiyanın müdafiə sənayesi və texnologiya sektoruna yönəlib

ABŞ-ın yeni sanksiyaları Rusiyanın müdafiə sənayesi və texnologiya sektoruna yönəlib

ABŞ-ın yeni sanksiyaları Rusiyanın müdafiə sənayesi və texnologiya sektoruna yönəlib

20 May 2023 00:04 | Baxış sayı: 725

İki yüzdən çox fiziki şəxs, qurum, gəmi və təyyarə ABŞ-ın yeni sanksiyalarına və ya əmlakının dondurulmasına məruz qalıb.

Bu barədə cümə günü ABŞ-ın dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, “bu gün tətbiq edilən sanksiyalar Rusiyanın hərbi-sənaye kompleksi, texnologiya, metallurgiya və dağ-mədən sektorlarına şamil edilir”. Həmçinin sanksiyalar “Rusiya enerji sektorunun inkişafı ilə məşğul olan hüquqi və fiziki şəxsləri” də əhatə edir.

Bildirilib ki, sanksiyalar ukraynalı uşaqların münaqişə zonasından çıxarılmasında və “Ukraynadan oğurlanmış taxıl”ın ixracında iştirak edən şəxslərə qarşı tətbiq olunur.

“Sanksiyalar, həmçinin “Orlan” pilotsuz təyyarələrinin istehsalı ilə məşğul olan şirkət üçün komponentlərin satın alınmasında iştirak edən qurumlara da aiddir”, - bəyanatda deyilir.