Yerusəlimdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - VİDEO
7 saat əvvəlABŞ-dən Maduroya təklif: "Hakimiyyətdən əl çək"
11 Avqust 2024 14:00 | Baxış sayı: 298
ABŞ gizli danışıqlar zamanı Venesuela Prezidenti Nikolas Maduroya hakimiyyətdən getməsi müqabilində amnistiya təklif edib.
Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, söhbət ABŞ Ədliyyə Departamentinin 2020-ci ildə Maduroya və digər Venesuela hökumət rəsmilərinə qarşı irəli sürdüyü narkoterrorizmdə iştirak ittihamlarının geri götürülməsindən gedir.
Bildirilib ki, ABŞ hələ 2023-cü ildə Dohada gizli danışıqlar zamanı prezidentə eyni şərtlərlə amnistiya təklif edib, lakin Maduro bundan imtina edib və o vaxtdan bəri onun mövqeyi dəyişməyib.