20 Aprel 2025
230 mindən çox ABŞ dövlət qulluqçusunun şəxsi məlumatları internetdə yayılıb

230 mindən çox ABŞ dövlət qulluqçusunun şəxsi məlumatları internetdə yayılıb

230 mindən çox ABŞ dövlət qulluqçusunun şəxsi məlumatları internetdə yayılıb

12 May 2023 23:33 | Baxış sayı: 617

ABŞ-da dövlət qurumlarının 237 min əməkdaşının şəxsi məlumatları ölkənin Nəqliyyat Departamentində məlumatların sızması nəticəsində internetdə yayılıb.

Bu barədə “Reuters” agentliyi departamentin ABŞ Konqresinə göndərdiyi məktuba istinadən məlumat yayıb.

Məktubda bildirilir ki, məlumatlar təhlükəsizliyinin pozuntusu "TRANServe"in müavinət emalı sisteminə təsir edib, bu sistem digər şeylərlə yanaşı, dövlət işçilərinə yol xərclərinin bir hissəsini ödəyir. Məlumatların cinayət məqsədləri üçün istifadə edilib-edilmədiyi məlum deyil.

Məlumatda bildirilir ki, insidentlə bağlı araşdırma başlanıb və təhlükəsizlik bərpa olunana qədər "TRANServe" sisteminə giriş dondurulub.