SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəl2 ay əvvəl bacısını itirən nazir köməkçisinə daha bir AĞIR İTKİ
19 Dekabr 2024 11:18 | Baxış sayı: 310
İki ay əvvəl gənc bacısını itirən elm və təhsil nazirinin köməkçisi Taleh Əhmədova daha bir ağır itki üz verib.
AJMEDİA.İNFO xəbər verir ki, onun atası Valeh Əhmədov da vəfat edib.
V.Əhmədovun səhhətinin qızının ölümündən sonra ağırlaşdığı və xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, oktyabrın 28-də T.Əhmədovun bacısı 1985-ci il təvəllüdlü Günel Abdullayeva Xaçmazda göbələkdən zəhərlənərək ölüb. O, Xaçmazın Seyidli kəndində rəfiqəsi 1977-ci il təvəllüdlü İlahə Bayramova ilə birlikdə meşədə göbələk yedikdən sonra hər ikisinin halı pisləşib. Xəstəxanaya aparılan zaman İ.Bayramova yolda vəfat edib. Həkimlərin səyinə baxmayaraq, G.Abdullayevanın da həyatını xilas etmək mümkün olmayıb.