SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl14 yaşlı oğlanın öldüyü məşq zalından VİDEO
16 Dekabr 2024 10:55 | Baxış sayı: 380
Dekabrın 13-ü Bakının Xətai rayonunda yerləşən “Hədəf” idman klubuna məxsus zalda ölüm hadisəsi baş verib.
Məşq zamanı yeniyetmə idmançılardan birinin idman yoldaşına tətbiq etdiyi fənd digərinin boğulmasına səbəb olub.
AJMEDİA.İNFO-nun məlumatına görə, idman klubunun mühafizə xidmətinin əməkdaşı Əmir Əliyev İTV-yə açıqlamasında hadisənin müəllimin yanında baş verdiyini, yeniyetmələrin onun qarşısında məşq etdiklərini bildirib.
Qeyd edilib ki, boğulan yeniyetməyə ilkin yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Həmin zaldan çəkilmiş görüntüləri təqdim edirik: