04 May 2024
Zigana Tuneli ilə Qara dənizi tarixi İpək Yoluna birləşdiririk

Zigana Tuneli ilə Qara dənizi tarixi İpək Yoluna birləşdiririk

04 May 2023
Baxış: 1209

Zigana Tuneli ilə Qara dənizi tarixi İpək Yoluna birləşdiririk.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzondakı Zigana Tunelinin açılış mərasimində deyib.

“20 müxtəlif infrastruktur layihəsini xidmətə hazır etdik. Şəhərdəki kiçik sənaye sahələrini yeni yerlərə köçürəcəyik. Yüngül relsli sistem layihəsi, illik 15 milyon sərnişin tutumuna malik hava limanı tikintisi tezliklə başlayacaq” – deyə Ərdoğan qeyd edib.

Məlumat üçün qeyd edək ki, tunelin ümumi uzunluğu 29 kilometr, eni 12 metrdir. Tuneldə tikinti işlərinə eyni vaxtda iki istiqamətdə başlanılıb. Gümüşhane vilayətində tunelin tikintisinə 2016-cı ilin aprelində, Trabzonda isə həmin ilin avqustunda başlanılıb. Tuneldə 6 ventilyasiya sistemi quraşdırılıb.

Teqlər: