02 May 2024
Zibil yeşiyinə atılan körpənin anası saxlanıldı

Zibil yeşiyinə atılan körpənin anası saxlanıldı

18 İyul 2023
Baxış: 428

Körpəsini zibilliyə atan ana saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uşağın anası S.Qasımova polis əməkdaşları tərəfindən müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib:
"Hazırda həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Araşdırmalar davam edir". yeniavaz.com