15 May 2024
Zeynəb Xanlarova 85-ci doğum gününü belə qeyd etdi - VİDEO

Zeynəb Xanlarova 85-ci doğum gününü belə qeyd etdi - VİDEO

29 Dekabr 2021
Baxış: 653

Xəbər verdiyimiz kimi, ötən gün SSRİ Xalq artisti Zeynəb Xanlarovanın 85 yaşı tamam olub.

AJMEDİA.İNFO xəbər verir ki, sənətkar yubileyini ev şəraitində yaxın çevrəsi ilə qeyd edib.

Məclisdən görüntüləri müğənninin qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova instaqram hesabında paylaşıb.

“Zeynəb xanım Xanlarovanın evində onun doğum gününü qeyd edirik. Ailə dostumuz Rauf Məmmədov isə pianoda gözəl ifalar edərək xoş anlar yaşatdı. Uca Allah Zeynəb Xanlarovanı ailəmizin və Azərbaycan xalqının üzərindən əsirgəməsin. Amin!”, - deyə aktrisa yazıb.