24 Aprel 2024
Zəlzələ bölgəsində sel fəlakəti: Şanlıurfa və Adıyamanda 5 nəfər həyatını itirdi

Zəlzələ bölgəsində sel fəlakəti: Şanlıurfa və Adıyamanda 5 nəfər həyatını itirdi

15 Mart 2023
Baxış: 793

Fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən təsirlənən Şanlıurfa, Adıyaman və Malatyada təsirli olan şiddətli yağış selə çevrilib.

Şanlıurfada 4, Adıyamanda 1 nəfər həyatını itirib.

İki əyalətdə itkin düşən 5 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Adıyaman valisi Numan Hatipoğlu, Tut rayonunda bir bağçada konteynerin suya tutulduğunu və 150-yə yaxın adamla axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.