07 May 2024
Zaqatalada iki şagirdi öldürən "Qatil Emin"in FOTOSU

Zaqatalada iki şagirdi öldürən "Qatil Emin"in FOTOSU

09 Fevral 2024
Baxış: 335

Xəbər verdiyimiz kimi, dünən Zaqatala rayonu Göyəm kəndində “Mercedes” markalı minik avtomobili yol kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub.

AJMEDİA.İNFO bildirir ki, Göyəm kənd orta məktəbinin şagirdləri olan məktəblilərdən Ramazan Babək oğlu İsayev və Kamal Elçin oğlu Permadov qəzanın baş verdiyi yerdə ölüblər. İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların hamısı eyni sinfin şagirdi olub.

Sürücülük hüququ olmadan avtomobil idarə edən Emin İbrahimov isə törətdiyi ağır cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulub.

Göyəm kəndinin icra nümayəndəsi Cuma Qurbanov bildirib ki, şagirdləri vuran şəxs "qatil Emin" ləqəbi ilə tanınır.

"Deyəsən, əvvəllər cinayət törədib, həbs yatıb, ona görə belə adlandırılır. O, kənd sakini deyil, Zaqatala şəhərinin Qaqarin küçəsindəndir".

AzVision.az-a istinadən şagirdləri vuran sürücünün fotosunu təqdim edirik: