11 May 2024
Yunan nazir Ərdoğana niyə baş əydiyini AÇIQLADI - FOTO

Yunan nazir Ərdoğana niyə baş əydiyini AÇIQLADI - FOTO

08 Dekabr 2023
Baxış: 341

Yunanıstana səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan yunan həmkarı Katerina Sakelaropulu tərəfindən rəsmi mərasimlə qarşılanıb.

AJMEDİA.İNFO xəbər verir ki, Ərdoğan binaya daxil olanda Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritis baş əyib. Ölkəsində tənqid hədəfinə çevrilən yunan nazir Ərdoğana niyə baş əydiyini açıqlayıb. Məsələ ilə bağlı açıqlama verən Gerapetritis "Mən Ərdoğana deyil, Prezident Sakelaropuluya baş əydim. Dövlət başçısına hər zaman lazım olan hörməti göstərirəm" deyə bildirib.

Qeyd edək ki, Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak etmək üçün Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfər edib.