06 May 2024
“Yolüstü”nün admini qəzada öldü - FOTO

“Yolüstü”nün admini qəzada öldü - FOTO

25 Aprel 2023
Baxış: 332

“Facebook”da insanların yol yoldaşı axtardığı “Yolüstü” qrupunun admini 37 yaşlı Cəlal İbrahimov yol-nəqliyyat hadisəsində vəfat edib.

AJMEDİA.İNFO “Qafqazinfo”ya istinadən xəbər verir ki, C.İbrahimovu avtomobil vurub. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

C.İbrahimov Ağdaş-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olurmuş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.