Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
dünən 13:01Yevlaxda Azərbaycanı təmsil edən şəxslə bağlı MARAQLI FAKT - FOTO
21 Sentyabr 2023 07:36 | Baxış sayı: 877
Yevlaxda Azərbaycanın rəsmi nümayəndələri ilə erməni icmasının görüşü yaxın saatlarda baş tutacaq.
AJMEDİA.İNFO xəbər verir ki, danışıqlarda Azərbaycan tərəfini deputat Ramin Məmmədov təmsil edəcək.
Maraqlıdır ki, Ramin Məmmədovun özü də Qarabağdandır. O, 1979-cu ildə Ağdərə şəhərində anadan olub, orta məktəbə isə Şuşa şəhərində gedib. 1985-1992-ci illərdə Şuşa şəhər 2 saylı orta məktəbdə oxuyub, şəhərin işğalından sonra təhsilini Bakıda davam etdirib.
2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatıdır.
(Metbuat.az)