04 May 2024
Yeni 1 manatlıq kağız pul nişanları buraxıldı - FOTO

Yeni 1 manatlıq kağız pul nişanları buraxıldı - FOTO

18 Sentyabr 2023
Baxış: 440

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları bu gündən tədavülə buraxılıb.

AJMEDİA.İNFO bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, imza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilmişdir. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilib.

Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq saxlanılıb.

Yeni pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq.