20 Aprel 2024
Yediyimiz qidalara böcək və qurd tozu QATILIRMIŞ - DİQQƏT!

Yediyimiz qidalara böcək və qurd tozu QATILIRMIŞ - DİQQƏT!

28 Fevral 2023
Baxış: 353

Avropa Birliyi 1 ay öncə qida maddələrinə böcək və qurdların qurudularaq toz şəklində qatılmasına icazə verib. Böcək və qurdların təbiətə ziyan verməməsi və zəngin protein mənbəyi olması əsas götürülərək un və un məmulatlarına, o cümlədən makarona, çörəyə, hazır yeməklərə böcək tozundan hazırlanmış xüsusi maddələr qatılır.

Bəs belə qarışığı olan un məmulatlarını necə ayırd etmək olar?


AJMEDİA.İNFO-nun xarici mediaya istinadən verdiyi məlumata görə, tərkibində böcək tozu olan məmulatların üzərində “Yeni qida növü” bildirişi olur. Toz əsasən un qurdu, ağac qurdu, çəyirtkə, soxulcan və digər həşəratlardan hazırlanır.

Hazırda Almaniya və Avstriyada yeni qida növündən geniş istifadəyə başlanılıb və belə məhsullar başqa ölkələrə də ixrac edilir. Odur ki, satışdan pizza, bulka və s. Kimi müxtəlif yeməklər alanda böcək tozu yeyib-yemədiyinizdən əmin olun.

Bu qida növü Avropa üçün yeni olsa da, Uzaq Şərqdə, Afrikada, Cənubi Amerikada yaşayn bir çox xalqlar üçün çoxdan ənənəvi qida hesab olunurdu.