15 May 2024
Yasamalda BƏDBƏXT HADİSƏ: Məktəbli faciəvi şəkildə ÖLDÜ

Yasamalda BƏDBƏXT HADİSƏ: Məktəbli faciəvi şəkildə ÖLDÜ

20 Oktyabr 2023
Baxış: 468

Bakıda məktəblinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

AJMEDİA.İNFO “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

2008-ci il təvəllüdlü Bayramov Tunar Rəşad oğlunu yaşadığı mənzildə ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. Nəticədə o həyatını itirib.

Qeyd edək ki, hadisə yerində dünyasını dəyişən yeniyetmə Biləsuvarın Ağalıkənd kəndinin sakinidir.