Prezident sərəncam imzaladı: 1 milyon dollar ayrıldı
7 saat əvvəlYaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib
26 May 2023
Baxış: 354
Yaponiya hakimiyyəti Xirosimada keçirilən G7 sammitindən sonra Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Sənəddə deyilir ki, Yaponiya Rusiyadakı 78 qrup və 17 fiziki şəxsin aktivlərini donduracaq və Rusiyanın 80 qurumuna, o cümlədən hərbi əlaqəli tədqiqat laboratoriyalarına ixracı qadağan edəcək.
Qeyd edək ki, Yaponiyanın baş naziri Fumio Kisida bir müddət əvvəl G7-yə üzv ölkələrin Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarəti gücləndirəcəklərini bildirib. Onun sözlərinə görə, nəzarət tədbirləri gücləndirilməlidir ki, Rusiya tərəfi heç bir şəkildə sanksiyaların təsirindən yayınmasın.