02 May 2024
Yair Lapid: “İsrail Türkiyəni sevir”

Yair Lapid: “İsrail Türkiyəni sevir”

25 May 2022
Baxış: 612

“Türkiyə xarici işlər nazirinin son 15 ildə ilk dəfə İsrailə etdiyi bu səfərdən sonra hər ikimiz təkcə diplomatik və təhlükəsizlik əlaqələrimizdə deyil, həm də iqtisadi əlaqələrimizdə irəliləyiş görəcəyimizi gözləyirik”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Yair Lapid türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, bugünkü görüşdə “birgə iqtisadi komissiyamızı” yenidən işə salmaq və ölkələrimiz arasında yeni mülki aviasiya sazişi üzərində işə başlamaq barədə razılığa gəlmişik.

“Diplomatiyadan başqa, İsrail Türkiyəni sevir. Mədəniyyətinizi və musiqinizi, gözəl çimərliklərinizi və rəngarəng bazarlarınızı sevən minlərlə israilli hər gün onlarla təyyarə ilə İsraildən Türkiyəyə yola düşür. Hörmətli nazir, səfərinizi və bu səhər apardığımız məhsuldar, səmimi və səmərəli söhbətləri yüksək qiymətləndirirəm. Bu gün biz təkcə bizə deyil, həm də gələcək illər üçün uşaqlarımıza fayda verəcək münasibətləri inkişaf etdirmək üçün yeni çərçivəyə başlayırıq”, - deyə İsrail baş naziri Çavuşoğluya xitabən bildirib.

Mənbə: DHA