02 May 2024
Xocavənddə erməni uşaqları yaraladı, Qırmızı Bazarda İNTİHAR ETDİ

Xocavənddə erməni uşaqları yaraladı, Qırmızı Bazarda İNTİHAR ETDİ

22 Sentyabr 2021
Baxış: 661

Azərbaycanın Xocavənd rayonunda yaşayan 35 yaşlı erməni “Volkswagen” avtomobilinin sükanı arxasında idarəetməni itirərək üç azyaşlını vurub, daha sonra isə intihar edib.

AJMEDİA.İNFO xəbər verir ki, idarəetməni itirən sürücü həmçinin qarşısında hərəkətdə olan “Opel Astra” ilə də toqquşub.

“Volkswagen”ini sürücüsü hadisə yerindən qaçıb.

Qəzada xəsarət alan uşaqlar tibb mərkəzinə çatdırılıb. Onların səhhətləri qənaətbəxşdir.

Hadisədən bir neçə saat sonra Qırmızı Bazar ərazisində qəza törətmiş sürücünün ağacdan asılmış cəsədi aşkar edilib.(oxu.az)