15 May 2024
XİN G7 sammitində Çini təhqir etdiyinə görə Yaponiya səfirinə etiraz edib

XİN G7 sammitində Çini təhqir etdiyinə görə Yaponiya səfirinə etiraz edib

22 May 2023
Baxış: 451

Çinin xarici işlər nazirinin müavini Sun Ueydun Yaponiyanın Pekindəki səfirinə G7 sammitində ölkəsini təhqir etdiyinə görə etiraz edib.
Bu barədə Çin Xarici İşlər Nazirliyi bununla bağlı rəsmi saytında etiraz mətni yayıb.

"Yaponiya digər ölkələrlə birlikdə Xirosimada keçirilən G7 tədbirlərində, eləcə də G7-nin birgə bəyanatında Çinə böhtanlar yağdırıb. Çinin daxili işlərinə bu cür kobud müdaxilə ölkənin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına xələl gətirir. Bu baxımdan, Çin kəskin narazılığını və kəskin etirazını bildirir”, - bəyanatda deyilir.

Qeyd edək ki, G7-nin sonuncu sammitində ölkələr, xüsusilə, Tayvan, Honq-Konq, Tibet və Sincan-Uyğur Muxtar Bölgələrindən danışıblar.

Teqlər: