Mayın 7-si ilə bağlı Azərbaycan əhalisinə MÜHÜM XƏBƏRDARLIQ!
9 saat əvvəlXəstəxanaya yerləşdirilən Hafiz Hacıyevin son vəziyyəti AÇIQLANDI
25 Oktyabr 2021
Baxış: 577
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu gündən palataya köçürülməlidir.
AJMEDİA.İNFO xəbər verir ki, bunu APA-ya Hafiz Hacıyevin oğlu deyib.
O bildirib ki, atasının vəziyyəti yaxşıdır: “Həkimlər süni tənəffüs aparatından ayırıblar. Daha da yaxşı olacağına ümid edirik. Ağciyərində bir az buzlaşma olduğu üçün süni nəfəs aparatına qoşulmuşdu. Amma artıq yaxşıdır. Həkimlər bu həftənin axırına xəstəxanadan çıxara biləcəyimizi deyirlər”.
Qeyd edək ki, koronavirusa yoluxmuş H. Hacıyev oktyabrın 17-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.