07 May 2024
“Wizz Air” sərnişinlər üçün könüllü ekoloji rüsum tətbiq edir

“Wizz Air” sərnişinlər üçün könüllü ekoloji rüsum tətbiq edir

14 Noyabr 2020
Baxış: 1367

“Wizz Air” aviaşirkəti sərnişinlər üçün yeni ekoloji rüsum tətbiq edir.

AJM Litva mətbuatına istinadla xəbər verir ki, rüsum könüllü olacaq və bütün əldə edilmiş vəsair karbon emissiyalarının zərərsizləşdirilməsinə xərclənəcək.

Aviaşirkətin saytında bir sərnişinin daşınmasına nə qədər yanacaq xərclədiyi və təyyarələrin atmosferə nə qədər karbondioksid buraxdığını hesablayan kalkulyatora rast gəlmək olar. Həmçinin bu cür emissiyanın zərərsizləşdirilməsinin dəyəri də göstərilib. Məsələn, Vilnüs-Stokholm reysi ilə uçan sərnişinə 89 litr yanacaq sərf olunur, atmosferə isə 210 kiloqram karbon qazı buraxılır. Şirkət bu emissiyanın zərərsizləşdirilməsi üçün 2 avro ödəməyi təklif edir. Şirkət məhz bunu ekoloji rüsum adlandırır.

Bildirilib ki, toplanan bütün vəsaitin Uqandada ağacların köçürülərək başqa yerdə əkilməsinə və Ekvadorda enerji mənbəyi kimi orqanik mənşəli qazdan istifadəyə yönəldilməsinə sərf edilməsi planlaşdırılır.

Teqlər: Wizz Air