16 Aprel 2024
“Whatsapp”dan istifadəçilərini sevindirəcək YENİLİK

“Whatsapp”dan istifadəçilərini sevindirəcək YENİLİK

19 İyun 2022
Baxış: 454

“WhatsApp”ın tərtibatçıları bir sıra yenilikləri özündə cəmləşdirən messencerin yenilənmiş versiyasını təqdim ediblər.

AJMEDİA.İNFO gazeta.ru-ya istinadən xəbər verir ki, artıq istifadəçilər qrup zəngləri zamanı digər iştirakçıların səsini tamamilə ala bilərlər. Bildirilir ki, bu, həmsöhbətlərdən biri mikrofonu söndürməyi unutduqda, çox faydalı ola bilər.

Xüsusiyyət qrup zənginin hər bir üzvü üçün əlçatan olacaq və menecer tərəfindən məhdudlaşdırılmayacaq.

Həmçinin qrup zənginin iştirakçıları bir-birlərinə şəxsi mesajlar göndərmək imkanı əldə edəcəklər. Bununla yanaşı, yeniliyə əsasən, qrup çatına yeni istifadəçi qoşulduqda bütün iştirakçılara xüsusi bildiriş göndərilcək.

Sözügedən funksiyalar həm “Android”, həm də “iOS” sistemləri üçün keçərlidir.

Teqlər: WhatsApp