26 Aprel 2024
Vyanadakı səfirliklərin təhlükəsizliyi gücləndirildi

Vyanadakı səfirliklərin təhlükəsizliyi gücləndirildi

16 Mart 2023
Baxış: 406

Avstriya Silahlı Qüvvələrinin (SQ) diplomatik nümayəndəliklərin binalarının mühafizəsinə cavabdeh olan bölməsi ölkənin xüsusi xidmət orqanlarına terror aktı təhlükəsi barədə məlumatın daxil olması ilə əlaqədar gücləndirilmiş xidmət rejiminə keçirilib.

Bu barədə Silahlı Qüvvələrin rəsmi nümayəndəsi Mixael Bauer bildirib.

“Adətən səfirlikləri qoruyan qüvvələrimiz hazır vəziyyətdədir”, - Avstriyanın “Kleine Zeitung” qəzeti onun sözlərindən sitat gətirib.

Daha əvvəl Vyana polisi xüsusi xidmət orqanlarına terror aktı təhlükəsi barədə məlumat daxil olduğu üçün şəhərin mərkəzində ictimai yerlərin mühafizəsinin gücləndirildiyini açıqlamışdı. Hüquq-mühafizə orqanları gücləndirilmiş patrul dəstələrinin və xüsusi təyinatlı “Veqa” və “Kobra” döyüşçülərinin şəhərin mərkəzinə yeridilməsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

“Kronen Zeitung” qəzetinin yazdığına görə, Avstriya xüsusi xidmət orqanları Vyanada yerləşən misirli kopt xristianlarının kilsələrinin radikal islamçıların potensial hədəfi hesab edir. Hücumun potensial icraçısı kimi “naməlum Suriya terror qruplaşması” göstərilir. Bir sıra digər nəşrlər isə hüquq-mühafizə orqanlarında suriyalı xristianlara qarşı təhdidlər barədə məlumatların olduğunu bildirib.