27 Aprel 2024
Vuçiç Serb Tərəqqi Partiyasının lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb

Vuçiç Serb Tərəqqi Partiyasının lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb

27 May 2023
Baxış: 494

Serbiya Prezidenti Aleksandar Vuçiç hakim Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verəcəyini açıqlayıb.

“Bu gün Serb Tərəqqi Partiyasının sədri kimi sizə müraciət etdiyim son axşamdır. Sabah mən siyasi partiyanın sədri deyil, Serbiyanın bütün vətəndaşlarının lideri olacağam”, - Vuçiç ölkə hökumətinə dəstək məqsədilə keçirilən ümummilli mitinq iştirakçıları qarşısında çıxış edərkən deyib.

Qeyd edək ki, Aleksandar Vuçiç 2012-ci il sentyabrın 29-da partiyanın sədri seçilib.

Teqlər: