01 May 2024
Vilayət Eyvazov polkovniki və mayoru nöqsanlarına görə VƏZİFƏDƏN AZAD ETDİ

Vilayət Eyvazov polkovniki və mayoru nöqsanlarına görə VƏZİFƏDƏN AZAD ETDİ

02 Dekabr 2021
Baxış: 582

Şəmkir rayon Polis Şöbəsinin iki vəzifəli şəxsi işdən çıxarılıb.

AJMEDİA.İNFO xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Şəmkir RPŞ-nin xidmət üzrə rəis müavini polis polkovniki İlqar Əliyev və İctimai Təhlükəsizlik Bölməsinin rəisi polis mayoru Vüqar Məmmədov vəzifədən azad edilərək sərəncama götürülüb.

Onlar hər ikisi xidmətdə yol verdikləri nöqsanlara görə vəzifədən çıxarılıb.(Qafqazinfo)