18 May 2024
“Vağzalı” havasının Yevlaxla bağlı olduğunu bilirdinizmi? -  BELƏ YARANIB

“Vağzalı” havasının Yevlaxla bağlı olduğunu bilirdinizmi? - BELƏ YARANIB

21 Sentyabr 2023
Baxış: 418

Azərbaycan toylarının əvəzolunmaz atributlarından biri də gəlinin ata evindən "Vağzalı" sədası altında çıxmasıdır.

Bəs "Vağzalı"nın Yevlaxda yarandığını bilirdinizmi?

AJMEDİA.İNFO Lent.az-a istinadən bu maraqlı məlumatı diqqətinizə çatdırır.

Yevlax vağzalı açılanda yerli musiqiçilər o zamanlar el arasında "Gəlin atlandı" adı ilə tanınan bu havanı səsləndirirlər.

Beləliklə, musiqinin adı qalır "Vağzalı".

Vağzal həm ayrılıq, həm də vüsal məkanıdır. Burda insanlar uzaq yollara çıxır, böyük səfərlərdən geri dönürlər. Gəlin də ata evindən ayrılıb, ər evinə, öz yuvasını qurmağa gedir. Bu anlamda "Gəlin atlandı" adının "Vağzalı" ilə əvəzlənməsi məntiqi sayılıb, dilimizdə də bu şəkildə qalıb.

Bu arada qeyd edək ki, qədimdə toylarımızda bəy ortalığa çıxanda "Mirzəyi" havası çalınardı. Rəhmətlik Üzeyir bəyin eyniadlı əsəri əsasında çəkilən "Arşın mal alan" filmində Məşədi İbad Rüstəm bəyin evinə bu hava ilə qədəm qoyur.