Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Uyğun olmayan simvolizm: Tel-Əvivdə Ben-Qurion heykəli yandırıldı
16 Sentyabr 2023 10:12 | Baxış sayı: 1312
Ötən gecə bütün yəhudilər Roş-Ha-Şana bayramını qeyd edərkən naməlum vandallar Tel-Əvivdə İsrailin ilk baş naziri David Ben-Qurionun heykəlini yandırıblar. Heykəltəraş Ben-Qurionu üzgüçülük mayolarında, başı üstündə dayanmış şəkildə təsvir etmişdir. Heykəl Frishman və Buqraşov çimərliklərinə gələnləri sevindirirdi.
AJMEDİA.İNFO xəbər verir ki, hazırda polis Təl-Əviv sahillərində quraşdırılmış təhlükəsislik kameralarının qeydlərini yoxlayır. Təl-Əviv meriyasının bildirdiyinə görə, kameralar naməlum kişinin heykələ yaxınlaşdığını və ona nəsə etdiyini, bundan sonra heykəlin alovlanaraq yanmağa başladığını göstərib.
Təl-Əviv meri Ron Huldai heykəlin bərpa üçün götürüldüyünü bildirib. “Çox kədərlidir ki, yeni ilin əvvəlində kimsə şəhərin ən sevimli heykəllərindən birinə, İsrailin dirçəlişinin simvolu olan David Ben-Quriona zərər vermək qərarına gəlib. Biz ən qısa zamanda heykəli yeniləyəcəyik ki, o, bir daha şəhər sakinlərinə, xüsusən də uşaqlara sevinc bəxş etsin”.