06 May 2024
Universitetdə atışma: 10-dan çox YARALI VAR - VİDEO

Universitetdə atışma: 10-dan çox YARALI VAR - VİDEO

20 Sentyabr 2021
Baxış: 724

Bu gün səhər saatlarında Rusiyada Perm Universitetində atışma olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı universitetin Mətbuat xidməti yayıb.

İlkin məlumatlara görə, travmatik silahdan açılan atəş nəticəsində 4 nəfər yaralanıb. Həmçinin qeyd olunur ki, insident naməlum şəxs tərəfindən törədilib.

Bildirilir ki, tələbələrin bir hissəsi universitetin auditoriyalarında gizlənir. Bəziləri isə sağ qalmaq üçün özlərini pəncərələrdən həyətə atıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

***

Rusiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, insident zamanı 10-dan çox insan yaralanıb.

Bununla yanaşı, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, silahlı şəxs saxlanılıb.

(Qafqazinfo)