07 May 2024
Universitet basqınından sonra intihar edən Perm vilayəti İstintaq Komitəsi rəhbərinin son məktubu üzə çıxdı

Universitet basqınından sonra intihar edən Perm vilayəti İstintaq Komitəsi rəhbərinin son məktubu üzə çıxdı

24 Sentyabr 2021
Baxış: 576

Rusiyada intihar edən Perm vilayəti İstintaq Komitəsinin rəhbəri Sergey Sarapultsevin son məktubu üzə çıxıb.

AJMEDİA.İNFO xəbər verir ki,evində ölü tapılan ədliyyə polkovniki intihardan öncə son sözlərini kağıza köçürüb.

“Kifayət qədər yaşadım. Qəsdən və ya bilmədən etdiyim günahlara görə, tanrım, məni – günahkar bəndəni bağışla. Qarşında günahkaram. Nədə? Özün bilirsən. Layiq olmayaq quluna rəhm et”, -deyə o, qeyd edib.

Xatırladaq ki, sentyabrın 23-də baş verən intiharın mərhumun peşəkar fəaliyyəti, o cümlədən Perm universitetindəki kütləvi qətllə əlaqəsi olmadığı bildirilib.

Hazırda insidentlə bağlı istintaq davam edir. “RİA Novosti”