28 Mart 2024
Ukraynadakı münaqişə 2027-ci ilə qədər davam edə bilər

Ukraynadakı münaqişə 2027-ci ilə qədər davam edə bilər

31 Mart 2023
Baxış: 422

Almaniya kansleri Olaf Şolts bir daha Ukraynadakı münaqişənin yaxın gələcəkdə bitməyəcəyi, 2027-ci ilə qədər davam edə biləcəyi fikrini ifadə edib.

O, bu fikrini “Frankfurter Allgemeine Zeitung” qəzetinin təşkil etdiyi konfransda panel müzakirəsi zamanı bildirib.

Şolts hesab edir ki, Ukraynadakı hazırkı münaqişə iki və ya dörd il davam edə bilər:

“Və bu Almaniya üçün ciddi sınaq olacaq. Biz mümkün olan hər şeyi edəcəyik ki, lazım olan müddətdə Ukraynanı dəstəkləməyə davam etmək imkanımız olsun. Çünki ola bilər ki, bu müharibə iki, üç, dörd il davam edəcək ki, bu da bizim hamımız üçün sınaq olacaq”.

Teqlər: