01 May 2024
Ukrayna və İsrail hökumətləri Hasidləri Roş Haşanah üçün Umana getməməyə çağırdı

Ukrayna və İsrail hökumətləri Hasidləri Roş Haşanah üçün Umana getməməyə çağırdı

18 Avqust 2020
Baxış: 1211

Ukrayna və İsrail hökumətləri Ukraynadakı Roş Haşanah şənliklərində iştirak etməyi planlaşdıran yəhudiləri Uman şəhərinə baş çəkməkdən çəkinməyə çağırıblar.

“Bu il bütün dünyada olduğu kimi Ukraynada və İsraildə epidemiya vəziyyəti təəssüf ki, ənənəvi olaraq bu bayramın qeyd olunmasına imkan vermir. Ukrayna və İsrail Səhiyyə Nazirliyinin tövsiyələrini və xəbərdarlıqlarını rəhbər tutaraq, Ukraynadakı Roş Haşana münasibətilə hazırkı bayram tədbirlərində iştirak etməyi planlaşdıran bütün zəvvarları təhlükəli epidemiya vəziyyətinə görə Uman şəhərinə baş çəkməkdən çəkinməyə çağırırıq. -İsraili hökumətinin Ukrayna Nazirlər Kabinetinin saytında yayımladığı bəyanatda qeyd olunub.

Teqlər: Hadist