07 May 2024
Ukrayna ordusu bu şəhəri Rusiya işğalından AZAD ETDİ

Ukrayna ordusu bu şəhəri Rusiya işğalından AZAD ETDİ

03 Aprel 2022
Baxış: 440

Ukrayna Silahlı Qüvvələri Kiyev vilayətinin Buça şəhərini Rusiya ordusundan azad edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Buçanın meri Anatoli Fedoruk məlumat yayıb.

Onun sözlərinə görə, şəhərin azad edilməsi əməliyyatına dünən başlanılıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiya ordusu Buçadan geri çəkilərkən mülki tikililəri, infrastruktur obyektlərini və qəsəbə daxilində bəzi əraziləri minalayıb.

Xatırladaq ki, martın 25-də Buçaya “qəhrəman şəhər” fəxri adı verilib.