06 May 2024
Ukrayna erməni əsilli məşhur müğənnini “qara siyahı”ya SALDI

Ukrayna erməni əsilli məşhur müğənnini “qara siyahı”ya SALDI

24 İyun 2021
Baxış: 493

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi ölkənin Təhlükəsizlik Xidmətinin (SBU) təqdimatı əsasında Rusiyanın Xalq artisti Filipp Kirkorovu milli təhlükəsizliyə təhdid yaradan şəxslər siyahısına daxil edib.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Kirkorovun “qara siyahı”ya daxil edilməsinin səbəbləri açıqlanmır. Onun adının yanında 23 iyun 2021-ci il tarixi göstərilir. Müvafiq siyahını qurum SBU-nun təqdimatına əsasən vaxtaşırı yeniləyir.

Kirkorovdan başqa, yenilənən siyahıda 201 mədəniyyət xadiminin adı var.

Qeyd edək ki, Filipp Kirkorov 2008-ci ildə ölkənin keçmiş Prezidenti Viktor Yuşenko tərəfindən Ukraynanın Xalq artisti fəxri adına layiq görülüb.

Daha əvvəl F. Kirkorov Litvanın “qara siyahı”sına salınıb.