29 Mart 2024
Türkiyənin XİN başçısı: “Davamlı sülh üçün ərazi bütövlüyünün tanınması önəmlidir”

Türkiyənin XİN başçısı: “Davamlı sülh üçün ərazi bütövlüyünün tanınması önəmlidir”

27 May 2023
Baxış: 452

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından bəhs edərkən bunun Türkiyə-Ermənistan münasibətlərinə də təsir edəcəyini bildirib.

Bu barədə ölkənin xarici siyasət idarəsinin rəhbəri yerli NTV telekanalına müsahibəsində danışıb.

O, rəsmi Ankaranın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini həmişə dəstəklədiyinə vurğulayıb.

“Ermənistan üçün proses asan deyil. 30 ildir işğal etdikləri əraziləri geri vermələri də asan olmadı. Davamlı sülh üçün ərazi bütövlüyünün tanınması önəmlidir. Əhatəli sülh müqaviləsinin imzalanması yararlıdır. Proseslər Türkiyə-Ermənistan münasibətlərinə də təsir edəcək. Atılacaq hər müsbət addım Türkiyə ilə Ermənistan arasındakı münasibətləri də müsbət anlamda daha da irəliyə aparacaq”, - XİN başçısı müsahibəsində qeyd edib.

Teqlər: