06 May 2024
Türkiyədəki yanğınlar kosmosdan törədilir? - ŞOK İDDİA

Türkiyədəki yanğınlar kosmosdan törədilir? - ŞOK İDDİA

10 Avqust 2021
Baxış: 671

Son günlər Türkiyədə baş verən yanğınlarla bağlı təəccüblü iddialar irəli sürülür.

Ötən həftə sosial mediada gündəmdə olan yanğınların Elon Maskın ulduz bağlantı peykləri tərəfindən törədildiyi iddiaları səslənirdi.

AJMEDİA.İNFO publika.az-a istinadən xəbər verir ki, Kibertəhlükəsizlik üzrə mütəxəssis Tuncay Uludağ yanğınların kosmosdan başlaya biləcəyi ilə bağlı təəccüblü paylaşımlar edib.

Uludağ əvvəlcə sosial media hesabında fotoşəkillər paylaşıb və peyklər üçün lazer rabitə sistemləri istehsal edən Almaniyanın “Mynaric” şirkətinin Hindistan texnologiya şirkəti “JR Aerospace” ilə müqavilə bağlayaraq Hindistan bazarına girdiyini açıqlayıb.


“Ötən il Almaniya hökuməti “Mynaric” riskli olduğu üçün onun Çinə məhsul satmasını qadağan etmişdi və yalnız Hindistan üçün təsdiq etmişdi”

Tuncay Uludağ yazılarının davamında Bill Qeytsin hadisə ilə bağlı mövqeyini də araşdırıb. 2015-ci ildə B.Qeyts təmiz enerjidən bəhs edir.