02 May 2024
Türkiyədə meşələri yandırdıqlarını elan edən "Atəş uşaqları" YAXALANDI - FOTO

Türkiyədə meşələri yandırdıqlarını elan edən "Atəş uşaqları" YAXALANDI - FOTO

10 Avqust 2021
Baxış: 740

Türkiyədə terrorçu təşkilat kimi tanınan və ölkə meşələrində baş verən yanğınlara görə məsuliyyəti öz üzərinə götürən “Atəşin uşaqları” qrupuna üzv olmaqda şübhəli bilinən iki nəfər şəxs saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Haber Global” məlumat verib.

Məlumata əsasən, Dənizlidə keçirilən xüsusi əməliyyat nəticəsində aşkar edilən şəxslər son günlərdə PKK ilə əlaqəli sosial media hesablarından yanğınlarla bağlı əkstəbliğat işi aparmaqda ittiham olunub.

Məhkəmənin barələrində həbs qətimkan tədbiri seçdiyi qrup üzvləri artıq təcridxanaya yerləşdirilib.