13 May 2024
Türkiyədə çörək yenə bahalaşdı

Türkiyədə çörək yenə bahalaşdı

20 İyul 2023
Baxış: 476

Türkiyədə çörəyin qiyməti yenidən bahalaşıb.

Türk lirəsinin getdikcə dəyər itirməsi çörəyin qiymətinə təsirsiz ötüşməyib.

Məlumata görə, paytaxt Ankarada 200 qramlıq çörəyin qiyməti bu gündən etibarən 40% artaraq, 7 lirə (45 qəpik) civarında olub. Van şəhərində isə əvvəllər 4 TL-yə (25 qəpik) satılan 210 qram çörəyin qiyməti isə 6 lirəyə (37 qəpik) qədər yüksəlib.

Ankara Çörəkçilər Birliyindən isə bildirilib ki, qiymət artımının bundan sonra da yüksələcəyi istisna edilmir. Qurumdan verilən məlumatda qeyd olunub ki, 40% artım, həmçinin çovdar, qara, kəpəkli və ağ çörəkdə də özünü göstərib. Əvvəllər 8 (50 qəpik) lirəyə satılan çörəyin hazırkı qiyməti 10 TL (63 qəpik) civarında qərarlaşdırılıb. yenisabah.az