20 Aprel 2024
Türkiyə Xarici İşlər Nazirliyi 9 ölkənin səfirini çağırıb

Türkiyə Xarici İşlər Nazirliyi 9 ölkənin səfirini çağırıb

03 Fevral 2023
Baxış: 375

“TRT Haber” xəbər verir ki, terror aktları təhlükəsi ilə əlaqədar konsulluqlarının işini dayandıran ölkələr də daxil olmaqla, 9 ölkənin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

ABŞ-ın Türkiyənin təhlükəsizliyi ilə bağlı xəbərdarlığından sonra bəzi xarici nümayəndəliklər konsulluqlarını bağlayıb.

Türkiyə mətbuatının diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, konsulluqlarını bağlayan ölkələrin səfirliklərinin nümayəndələri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə Türkiyə Xarici İşlər Nazirliyinin reaksiyasının açıqlanacağı gözlənilir.