02 May 2024
Türkiyə və Rusiya orduları qarşı-qarşıya: İran da hərbçi göndərdi - GƏRGİNLİK ARTIR

Türkiyə və Rusiya orduları qarşı-qarşıya: İran da hərbçi göndərdi - GƏRGİNLİK ARTIR

09 İyun 2022
Baxış: 507

“Rusiya, Suriya və İran Türkiyənin antiterror əməliyyatları həyata keçirməyə hazırlaşdığı bölgəyə hərbi texnikalar və hərbçilər cəlb edir”.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə yerli mənbələr Röyters agentliyinə açıqlama verib.

Məqsəd PKK/YPG terrorçularına dəstək verməkdir. Məlumata görə, tərəflər Suriyanın şimalına zirehli texnikalar və silahlar daşıyır. Tərəflərin hərbi qüvvələrini cəmləşdirdiyi bölgə Türkiyə sərhədindən 40 kilometr məsafədə yerləşir. Türkiyə hökumətindəki mənbə isə Röyters agentliyinə bildirib ki, qarşı tərəfin həmlələrindən asılı olmayaraq Türkiyə antiterror əməliyyatlarına başlayacaq.

Qeyd edək ki, Türkiyə Suriyanın şimalındakı təhlükəsizlik bölgələri ilə bağlı işlərin tamamlanması üçün hərbi əməliyyatlar keçirəcəyini açıqlamışdı. Məqsəd terrorçuları Türkiyə sərhədlərindən 30 kilometr məsafəyə qədər uzaqlaşdırmaqdır. Türkiyənin hədəfindəki Tel-Rıfat və Mənbic bölgələrinə PKK/YPG terrorçuları yerləşsə də, ərazilər Rusiyanın nəzarətindədir.