07 May 2024
Türkiyə “S-400”-lərin yerini MƏXFİ SAXLAYIR - Nazirdən AÇIQLAMA

Türkiyə “S-400”-lərin yerini MƏXFİ SAXLAYIR - Nazirdən AÇIQLAMA

17 Noyabr 2021
Baxış: 564

““S-400”-lərin harada saxlanması məlumatı məxfidir”.

AJMEDİA.İNFO-nun xəbərinə görə, Türkiyənin milli müdafiə naziri Hulusi Akar S-400 havadan müdafiə sisteminin harada saxlanması ilə bağlı sualı cavablandırarkən bunu bildirib.

Nazir deyib ki, təhlükəsizlik mövzusu və hərbi sirr olduğundan, bu haqda açıqlama verilməsi mümkün deyil.

H.Akar Türkiyə Silahlı Qüvvələrinin (TSK) hərbi bazasında kimyəvi silahların saxlanması ilə bağlı ittihamların da əsassız olduğunu bildirib və rədd edib: “TSK-da qətiyyən kimyəvi silah yoxdur. TSK-nın terrora qarşı şərəflə və şəffaf şəkildə apardığı mübarizəyə kölgə salmaq üçün bu böhtanı periodik olaraq təkrarlayırlar”.