25 Aprel 2024
Türkiyə Rusiyanın “S-400” lərindən İMTİNA EDƏCƏK - Özü HHM sistemi YARADIR

Türkiyə Rusiyanın “S-400” lərindən İMTİNA EDƏCƏK - Özü HHM sistemi YARADIR

15 Mart 2023
Baxış: 333

“Türkiyənin öz ərazisinin müdafiəsi üçün Rusiyanın “S-400” zenit-raket komplekslərinə ehtiyacı olmaya bilər. Çünki özünün istehsal etdiyi silahlar getdikcə bu rolu daha çox öz üzərinə götürməyə başlayır”.

AJMEDİA.İNFO "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Aselsan” müdafiə şirkətinin rəhbəri Haluk Qorqun bildirib.

Onun sözlərinə görə, Türkiyə özünün “Siper” raketdən müdafiə sisteminin yaradılması üzərində işləyir. Bu sistem sınaqlar zamanı 100 kilometr məsafədəki hədəfləri vurmağa nail olub.

“Biz hava hücumundan müdafiə sistemləri hazırlayırıq. Bizim nə “S-300”lərə, nə də “S-400”lərə ehtiyacımız var. Onlara olan ehtiyacı aradan qaldırırıq. Bu bizim borcumuzdur”, - deyə Qorqun qeyd edib.

Qeyd edək ki, “Aselsan” Türkiyə müdafiə sənayesinin ən iddialı layihələrində iştirak edir ki, bu layihələr pilotsuz uçuş aparatları, döyüş təyyarələri və döyüş gəmiləri kimi çox sayda sahələri əhatə edir.