02 May 2024
Türkiyə Qarabağda baş verənləri AÇIQLADI – ABŞ-dan XANKƏNDİ BƏYANATI

Türkiyə Qarabağda baş verənləri AÇIQLADI – ABŞ-dan XANKƏNDİ BƏYANATI

29 İyun 2022
Baxış: 418

“Qarabağ müharibəsində Azərbaycanın yanında olanda amerikalılar bizə dedilər ki, siz çox yaxşı iş görürsünüz. Amma bunun tam əksi ilə üzləşdik”.

AJMEDİA.İNFO xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın belə deyib.


Türkiyə hökumətinin rəsmisi qeyd edib ki, rəsmi Ankara beynəlxalq miqyasda müstəqil siyasət yürüdür: “Liviya məsələsində də belə oldu. Biz milli təhlükəsizliyimizə və maraqlarımıza toxunan məsələlərdə planlarımızı ABŞ və başqa ölkələrin icazəsi olmadan həyata keçiririk. Yeri gəldi, İsraillə toqquşduq. Ən böyük təzyiqi oradan görmədikmi? Onda da deyirdilər ki, iş bitib, belə edəcəklər və s. NATO üzvü kimi S-400-ləri almışıq. Bu bizim birinci seçimimiz deyildi, Türkiyə məcbur oldu. Bizim üstünlük verdiyimiz şey NATO alyansı çərçivəsində təhlükəsizlik ehtiyaclarımızı ödəmək idi. Xarici siyasətdə heç bir tərəddüd içində deyilik”.

“Bu, bütün dövlətlərlə körpüləri qırmaq və hamı ilə döyüşmək demək deyil. Müəyyən məsələlərdə razılaşırsınız, onların perspektivləri dəyişir. Xarici siyasətimizdə ABŞ-ın nə deyəcəyini, Avropanın nə deyəcəyini düşünmürük. Öz maraqlarımız nəyi tələb edirsə, onu həyata keçiririk. Razılaşa bilsək, birlikdə gedək deyirik, razılaşa bilmiriksə, yolumuza gedirik”, – Ərdoğanın sözçüsü vurğulayıb.

İbrahim Kalının dediklərindən anlaşılan gerçək budur ki, Vaşinqton 44 günlük Qarabağ savaşında Türkiyənin Azərbaycana mənəvi dəstəyindən ciddi narahat olub. Türkiyə prezidentinin köməkçisi təfərrüatları açıqlamasa da, Ankaranın, ümumiyyətlə, müstəqil siyasətindən ABŞ-ın narahat olduğunu gizlətməyib. Bu həm də o deməkdir ki, müharibə davam edərkən və ondan sonra Vaşinqtondan Türkiyəyə siyasi təzyiqlər olub. Qarabağ müharibəsi zamanı ABŞ-da prezident seçkiləri kampaniyası olsa da, müəyyən dairələrin Azərbaycana mənəvi dəstəyinin dayandırılması üçün Türkiyəyə qarşı fəaliyyətdə olduqlarını deməyə əsas verir. Türkiyə isə ilk dəfədir ki, bu faktı açıqlayır. Maraqlıdır, Amerika qardaş ölkəyə hansı təzyiqləri göstərib? ABŞ Türkiyədən nə tələb edə bilərdi?