13 May 2024
Türkiyə parlamentində GƏRGİNLİK: "Bayrağa bez parçası deyə bilməzsən!"

Türkiyə parlamentində GƏRGİNLİK: "Bayrağa bez parçası deyə bilməzsən!"

19 Yanvar 2024
Baxış: 380

Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Leyla Şahin Usta və müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Əli Mahir Başarır arasında bayraq məsələsi ilə bağlı gərginlik yaranıb.


AJMEDİA.İNFO xəbər verir ki, gərginliyə səbəb Leyla Şahin Ustanın Əli Mahir Başarıra "Terrora qarşı birgə bəyannaməyə imza atmayacağınızı bildirdiyiniz kimi, sabah da Türkiyə bayrağına "bez parçası" deyəcəksiniz" deməsi olub. Bundan sonra Başarır Ustaya çox sərt cavab verib və onun Türkiyə bayrağına "bez parçası" deməsini şiddətlə qınayıb.

Jurnalistlərin suallarını cavablandıran Usta parlamentdəki gərginliyin səbəbini açıqlayıb:

"Bəyannaməyə imza atmayacaqlarını bildirdilər.Bu ölkənin kürd problemi yoxdur, terror problemi var. Problemi biz həll etmişik".

Leyla Şahin CHP-nin qəzəbli davranışlar sərgilədiyini, bunun isə partiyadaxili problemlər və təkbaşına seçkiləri qazana bilməyəcəklərini dərk etmələri ilə bağlı olduğunu bildirib:


“Bunun fərqindədirlər, tək İzmirdə uduzduğumuzu görürlər və bir budaqdan yapışmağa çalışırlar. Terror təşkilatına arxalanan DEM də dəstək verdikləri qollardan biridir. İnsanlar bundan çox narahatdırlar".(Sfera.az)