02 May 2024
Türkiyə ilə Azərbaycan Rusiyanı və KTMT-ni bölgədən çıxartmağa çalışır - Abovyandan HƏYƏCAN TƏBİLİ

Türkiyə ilə Azərbaycan Rusiyanı və KTMT-ni bölgədən çıxartmağa çalışır - Abovyandan HƏYƏCAN TƏBİLİ

26 May 2021
Baxış: 882

“Türkiyə və Azərbaycan Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bölgədə sıxışdırmağa çalışır”.

AJMEDİA.info erməni mətbuatına istinadla xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının parlament fraksiyasının katibi Arman Abovyan 26 mayda jurnalistlərə verdiyi müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Bakı və Ankara bölgədə həm KTMT, həm də Rusiya üçün əlverişsiz olan bir münaqişə yaratmaq yolunu tutur. Bu vəziyyətdən KTMT xəbərdar olsa da Ermənistan müşahidəçi rolunda olmamalı və ona təzyiq göstərməsinə yol verməməlidir.

“Həm KTMT, həm də Rusiya Ermənistan hökumətinin qərarından irəli gələn yolla irəliləyir. Son qərar Ermənistan tərəfindən verilib. Rusiya və KTMT İrəvanın təyin etdiyi gündəliklə hərəkət edir. Ancaq görülən iş bunula bitmir. Anlamaq lazımdır ki, düşmən ərazimizə nüfuz edib və Ermənistanı parçalamaq istəyir. Şantajçı şərtlər qoyur və bunun daima baş verəcəyi aydındır. Türkiyə və Azərbaycan Ermənistanla münasibətləri tənzimləmək niyyətində deyil, yalnız yenidən birləşmək istəyirlər. Buna görə də Ermənistanın həyata keçirdiyi tədbirlər sistemi işləmir ”deyə Abovyan qeyd edib.

Onun sözlərinə görə, hər şey gərginliyin artmasına gətirib çıxarır, buna görə də başqa tədbirlər görmək lazımdır. Ermənistan hakimiyyəti nə qədər çox delimitasiya və demarkasiya barədə danışsa və ya onlar dediyi olmazsa, azərbaycanlılar qoşunlarını geri çəkməyəcək, vəziyyət erməni tərəfi üçün bir o qədər pisləşəcək …

“Aydındır ki, hər kəs problemi sülh yolu ilə həll etmək istəyir, amma heç kim düşmənin gəlib öz evlərimizdə bizi öldürməsini istəmir” deyə fikrini tamamlayıb.(konkret.az)