02 May 2024
Türkiyə hava məkanını Rusiya təyyarələri üçün BAĞLADI - Rəsmi Moskvadan REAKSİYA

Türkiyə hava məkanını Rusiya təyyarələri üçün BAĞLADI - Rəsmi Moskvadan REAKSİYA

28 Aprel 2022
Baxış: 473

“Moskva Ankaranın Türkiyə hava məkanını Suriyaya uçan Rusiya təyyarələri üçün bağlamaq qərarını anlayışla qarşılayıb”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə söyləyib.

“Demək istərdim ki, əslində, bir aydan çoxdur ki, Ankara bu marşrutdan istifadə etməmək xahişi ilə Rusiya tərəfinə müraciət edib. Bu müraciətlərin səbəbləri bizə aydın idi və hazırda Rusiya tərəfindən bu marşrutdan istifadə edilmir. Amma hadisə bu günlərdə baş verməyib, bu məsələ təxminən 1 aydır var”, - deyə sözçü vurğulayıb.

Xatırladaq ki, aprelin 23-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın Türkiyə hava məkanını Suriyaya uçan Rusiyanın mülki və hərbi təyyarələri üçün bağladığını açıqlayıb.