06 May 2024
Türkiyə bunu bütün dünyaya QADAĞAN ETDİ: Azərbaycan İSTİSNADIR

Türkiyə bunu bütün dünyaya QADAĞAN ETDİ: Azərbaycan İSTİSNADIR

25 Mart 2022
Baxış: 670

Türkiyə Ticarət Nazirliyi iribuynuzlu mal-qara, qoyun və keçi ətinin ixracına məhdudiyyət qoyub.

AJMEDİA.İNFO xəbər verir ki, nazirlik 19.03.2022-ci il tarixində Türkiyə ərazisində ət tədarükü təhlükəsizliyinin təmin edilməsi və tələb-təklif balansının qorunması məqsədilə bu qərarı qəbul edib.

Qərarda deyilir ki, Şimali Kipr Türk Respublikasına (ŞKTC), Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasına ixrac ediləcək mal-qara və qoyun-keçi əti istisna olmaqla iribuynuzlu mal-qara ətinin, qoyun və keçi ətinin ixracı yeni qərar qəbul edilənə qədər məhdudlaşdırılsın.(Qaynarinfo)