15 May 2024
Türk və erməni nazir Dağlıq Qarabağla bağlı gecəyə qədər mübahisə etdi – Sergey Lavrov

Türk və erməni nazir Dağlıq Qarabağla bağlı gecəyə qədər mübahisə etdi – Sergey Lavrov

03 Sentyabr 2021
Baxış: 770

Rusiya xarici işlər naziri Sergey Lavrov 2009-cu ildə Türkiyən-Ermənistan protokollarının imzalanması ərəfəsində Ermənistan xarici işlər naziri Eduard Nalbandyana göndərdiyi məktubun detallarını açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, Təhsil Marafonunda iştirak edən Lavrova iştirakçılardan biri Nalbandyana 2009-cu ildə göndərdiyi məktubu xatırladıb:

“Qeyddə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması qeyd edilirdi. Siz “Eduard, bəyanatsız olacaq mərasimə razılıq ver” deyə, 6 söz yazmışdınız. Bu, 6 söz sizin erməni həmkarınızı müqaviməti dayandırmağa necə əmin etmişdi?”

Buna cavab olaraq Lavrov məsələnin kontekstinin nəzərə alınması gərəkdiyini söyləyib:

“2008-ci ildə erməni dostlarımız bizə deyirdilər ki, türklər diplomatik münasibətlərin bərpası, əlaqələrin normallaşdırılması, əməkdaşlıq və birgə layihələrin reallaşdırılması haqqında razılaşmanı təklif edirlər. Biz deyirdik ki, bu, çox yaxşıdır, amma ilkin şərtlər varmı? Yox, ilk şərtlər yox idi. Sonra məsələ imzalanma əraəfəsinə çatanda - bu, əlbəttə, Sürixdə Ermənistan və Türkiyə nazirlərinin iştirakı ilə planlaşdırılırdı - oraya ABŞ-ın Dövlət katibi olan Hillari Klinton, AB-nin nümayəndəsi, sizin xidmətçiniz və bir də kimsə gəldi. Biz bu vacib hadisənin şahidi olmalı idik, amma imzalanmadan öncə bizim türkiyəli həmkarımız dedi ki, Dağlıq Qarabağla bağlı şərt olmasa, onu imzalamayacaqlar. Şərtin mətni Ermənistanın mövqeyinə zidd idi. Mən həmkarıma dedim ki, bunun ilkin şərt olmadan baş verəcəyinə çox inanmadığımı xəbərdar etmişdim. Biz olduğumuz yerdə qaldıq. Hər kəs artıq gəlmişdi və dalan yarandı. Nəticədə türkiyəli həmkarımız bu formal şərti geri çəkməyə razılıq verdi, amma erməni həmkarımız dedi ki, onlar Dağlıq Qarabağla bağlı mövqelərinin əks olunduğu bəyanat verməlidirlər. O zaman türkiyəli nazir dedi ki, əgər siz bəyanat versəniz, mən də bəyanat verəcəyəm. Biz o zaman oturub futbola baxırdıq, iki nazir isə gecəyə qədər mübahisə etdilər. Biz artıq başa düşdük ki, bu situasiyadan necəsə çıxmaq lazımdır, ona görə də Nalbandyana qeyd yazdım ki, şərh mövzusundə israr etməsin. Belə də oldu. Nəticədə sənədlər imzalandı, amma sonradan eyni səbəbdən yoxa çıxdı, çünki tərəflər Qarabağın nizamlanmasıyla bağlı fərqli baxışlara sahib idilər”.(axar.az)