06 May 2024
"Təqaüdçüyəm, paytaxtda istirahət edirəm" - Nursultan Nazarbayev

"Təqaüdçüyəm, paytaxtda istirahət edirəm" - Nursultan Nazarbayev

18 Yanvar 2022
Baxış: 580

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev uzun fasilədən sonra ilk dəfə ekran qarşısına çıxıb.

AJMEDİA.İNFO xəbər verir ki, keçmiş dövlət başçısı rəsmi yutub kanalında videomüraciət yayımlayıb.

“2019-cu ildə mən prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil verdim, o vaxtdan təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm. Prezident Kasım-Jomart Tokayev tam səlahiyyətə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə prezident Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”, - Nursultan Nazarbayev vurğulayıb.